Yoluxmanın 52 faizdən çoxu Cənub-Şərqi Asiyanın payına düşür
Dünyada son sutka ərzində 546 512 nəfər koronavirusa yoluxub, 11 335 nəfər ölüb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 162 773 940 yoluxma hadisəsi, 3 375 573 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın 52 faizdən çoxu Cənub-Şərqi Asiyanın (288 527) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (124 762) ilə Avropa (78 688) bölüşür.