Ukrayna ordusu Rusiyanın neft obyektlərinə zərbələr endirib

Xəbərlər

02.10.2026 - 15:19

“Son 24 saat ərzində Samara və Volqoqrad vilayətlərində neft obyektlərinə zərbələr endirilib”

Ukrayna müdafiə qüvvələri son 24 saat ərzində Rusiyanın beş bölgəsində və Qara dənizdə RF ordusunun neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı Rusiyanın vəziyyəti gərginləşdirməsinə Ukraynanın haqlı olaraq “uzaqməsafəli sanksiyalar” ilə cavab verdiyini vurğulayıb və əlavə edib ki, hər gün mühüm nəticələr əldə edilir.

“Son 24 saat ərzində Samara və Volqoqrad vilayətlərində neft obyektlərinə zərbələr endirilib. Qara dəniz, Voronej, Nijni Novqorod, Volqoqrad, Samara və Krasnodar vilayətlərində aerodromlar, müəssisələr, neft emalı zavodları, raket və kosmik mərkəz, habelə işğalçılara məxsus sursat anbarı hədəf alınaraq effektiv işlər görülüb”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş