“Twitter”in işində nasazlıq yaranıb

Dünya

02.09.2020 - 08:37

İstifadəçilərin 35 %-i sosial şəbəkəyə daxil ola bilmir

 

Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur. 

 

AYNA bildirir ki, bu barədə məşhur internet resursların işini izləyən "Downdetector" xidməti məlumat yayıb.

 

Nasazlıqdan daha çox ABŞ, Çili, Böyük Britaniya, Yaponiya və Filippin sakinləri şikayətçidir.

 

Xidmətin məlumatına görə, istifadəçilərin 35 %-i sosial şəbəkəyə daxil ola bilmir. Daha 43%-i istifadəçi “iPhone” və ya “iPad” proqramlarında problemlərlə üzləşiblər. Qeyd edilir ki, istifadəçilərin 20%-i “Android” üçün proqramın işində nasazlıqlar haqqında bildiriblər.

Müəllif: Ayna.az