Türkiyədən gətirilən 24 tona yaxın məhsul məhv edilib

Xəbərlər

06.03.2021 - 22:49

Həkimlər Klinikalar SEO Xidməti

AQTA 23 760 kq sümüksüz dondurulmuş hind quşu məhsulunu məhv edib

 

“LADESS GROUP” MMC tərəfindən Türkiyədən ölkəmizə idxal edilən “Alpin” əmtəə nişanlı sümüksüz dondurulmuş hind quşu məhsuluna AQTA müfəttişləri tərəfindən baxış keçirilib.

 

Qurumdan AYNA-ya bildirilib ki, baxış zamanı idxal edilən məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

 

Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib.

 

Agentlik tərəfindən istehlak üçün yararsız məhsulun məhv edilməsi barədə qərar qəbul olunub.

 

Ümumi çəkisi 23.760 kq olan sümüksüz dondurulmuş hind quşu məhsulu partiyası Agentliyinin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər Təmizlik Departamentinin Zərərsizləşdirmə Poliqonunda məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş