Koronavirus can almağa davam edir
Türkiyədə son sutka ərzində koronavirusdan 153 nəfər dünyasını dəyişib, 743-ü simptomatik olmaqla 6289 pasiyent COVID-19 xəstəsi kimi qeydiyyata alınıb.
AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 24640-a, bu virusa yoluxanların sayı isə 2,412,505-ə çatıb.
Ümumilikdə 28 milyondan çox insan test olunub.