Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

03.09.2021 - 04:36

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 24 mindən çox yoluxma faktı qeydə alınıb 

 

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 283 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 305 047 nəfər test edilib, onların 23 496-nın koronavirus testi pozitiv nəticə verib, 20 004 nəfər sağalıb.

 

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 95 565 306 peyvənd tətbiq edilib ki, bunun da 78,71 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş