Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

29.08.2021 - 01:56

Həkimlər Klinikalar SEO Xidməti

Sutka ərzində 17 mindən çox yoluxma faktı qeydə alınıb 

 

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 245 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 290 186 nəfər test edilib, onların 17 912-nin koronavirus testi pozitiv nəticə verib, 12 175 nəfər sağalıb.

 

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 92 710 374 peyvənd tətbiq edilib ki, bunun 76,81 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş