Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza quracaq?

Dünya

07.10.2026 - 17:10

Əgər bu baş verərsə, Türkiyə ordusu 110 ildən sonra yenidən Məkkəni müdafiə edə biləcək

Türkiyə Ər-Riyad və İslamabadla birgə müdafiə müqaviləsi çərçivəsində Səudiyyə Ərəbistanında hərbi baza qura bilər. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin "Türkiye" qəzeti məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanında Türkiyə bazasının yaradılması gündəmdədir. Əgər bu baş verərsə, Türkiyə ordusu 110 ildən sonra yenidən Məkkəni müdafiə edə biləcək.

Nəşr əlavə edib ki, Türkiyə Səudiyyə Ərəbistanındakı dörd strateji əhəmiyyətli qaz və enerji obyektinin müdafiəsində, o cümlədən qısa və orta mənzilli hava hücumundan müdafiə sistemlərindən istifadədə iştirak edə bilər. Türkiyə və Pakistan kontingentlərinin ölçüsü, onların bölmələrinin tərkibi və yerləşdirilmə yerlərinin yaxın günlərdə müəyyənləşdirilməsi gözlənilir.

Bildirilib ki, Türkiyə artıq Səudiyyə Ərəbistanına 200-dən çox hərbi mütəxəssis göndərib. Həmçinin elektron müharibə avadanlığı, yerüstü və zenit-raket sistemləri tədarük edib. Eyni zamanda, Ankaranın Yəməndə hücum əməliyyatları aparmaq planı olmadığı, lakin ordusuna taktiki, strateji və lojistik dəstək verə biləcəyi deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş