Türkiyə ordusu döyüşə hazır vəziyyətə gətirilib: Suriyada əməliyyat gözlənilir

Dünya

09.01.2025 - 13:55

Həkimlər Klinikalar SEO Xidməti

Ankara PKK terrorşularına xəbərdarlıq edib: silahı qoyub Suriyanı tərk etməsələr...

Suriyada PKK terrorçularına qarşı mümkün əməliyyatla əlaqədar Türkiyə Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə hökumətyönlü Türkiyə media orqanları hərbi mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Ankara Suriyanın yeni hakimiyyət orqanlarından PKK-ya qarşı lazımi tədbirlərin görülməsini tələb edib.

Məlumatda vurğulanıb ki, Türkiyə indi hadisələrin istənilən nəticəsinə, o cümlədən hərbi əməliyyata hazırlaşır, Suriya ilə sərhəddəki qoşunları mümkün əməliyyat üçün döyüş hazırlığına gətirilib.

Yanvarın 7-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı PKK üterrorçularına xəbərdarlıq edib. Onun sözlərinə görə, hakimiyyət PKK təmsilçilərindən silahı yerə qoyaraq Suriya ərazisini tərk etməyi tələb edib. Bu təklifə məhəl qoyulmasa, Ankara hərbi əməliyyatlara başlaya bilər.

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü bildirib ki, ABŞ türk qoşunları ilə kürd yaraqlıları arasında münaqişənin gərginləşməsinin qarşısını almağa çalışır. Blinken qeyd edib ki, Türkiyənin Suriyada fəaliyyət göstərən PKK yaraqlıları ilə bağlı “qanuni narahatlıqları” var.

Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş