“Türk Dünyası” adlı ilk rəqəmsal layihəyənin təqdimatı keçirilib

Xəbərlər

24.05.2021 - 17:07

Həkimlər Klinikalar SEO Xidməti

Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”un birgə layihəsi təqdim olunub

 

Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”u ilə birgə yaradılan “TURKİC.World” (“Türk Dünyası”) adlı ilk rəqəmsal layihəyəsinin təqdimatı keçirilib. AYNA xəbər verir ki, təqdimat mərasimində Azərbaycan və Türkiyə media qurumlarının rəhbərləri, Türkiyənin və digər türkdilli ölkələrin səfirləri, diplomatlar, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.

 

İlk dəfə həyata keçirilən lahyihənin məqsədi Türkdilli ölkələrin ortaq tarixi, dini, mədəni və ana dili dəyərlərini əsas götürərək Türk dünyasının həmrəy kommunikasiya platformasını yaratmaq və kontenti birbaşa informasiya mənbəyinə çevirilməkdir.

 

Layihənin unikal proqram təminatı layihənin daha da təkmilləşməsinə və yaradılan rəqəmsal platformaya digər Türkdilli ölkələrin də media qurumlarının qoşulmasına imkan verir. Rəqəmsal platformanın mobil versiyası da mövcuddur. Mobil versiya gələcəkdə bütün platformanın inkişafı və təkmilləşməsinin əsasını təşkil edəcək. Eyni zamanda, unikal proqram təminatımız sayəsində gələcəkdə türkdilli ölkələrin media qurumları öz ölkələri ilə bağlı xəbərləri rus, ingilis və digər dillərdə sayta yerləşdirə biləcəklər.

 

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib ki, haqq səsimizin dünyaya çatdırılmasında media böyük önəmə sahibdir. Onun sözlərinə görə, Qarabağda gedən mücadilə zamanı həqiqətlərin dünyaya çatdırılmasında media mühüm rol oynayıb.

 

C.Bağçı vurğulayıb ki, Türkiyə və Azərbaycan arasında inanılmaz bir qardaşlıq var: “Qarabağ zəfərində Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, “bir millət, iki dövlət” vurğusu daha da önə çıxdı. Biz bundan sonra bu qardaşlığı, münasibətləri inkişaf etdirməliyik və media da burada ən önəmli bir vasitədir. Trend İnformasiya Agentliyi və “Albayrak Media Group” tərəfindən yaradılan bu platforma böyük əhəmiyyətə malikdir. Siz birlikdə gözəl bir iş görürsünüz və bu, inkişafımız üçün yol xəritəsinə mühüm töhfə verəcək. Biz də bu istiqamətdə sizə dəstək göstərməyə hazırıq. Sizi bu münasibətlə təbrik edirəm”.

 

“Bu gün bizim güclü mediaya ehtiyacımız var. Bizim bu iş birliyimizin güclü Azərbaycan və güclü Türkiyə üçün önəmli olacağını düşünürəm”, - deyən “Albayrak Media Group”unun rəhbəri Ömər Karaca bildirib ki, Turkic.world media platforması türk dünyasının həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli bir vasitə olacaq.

 

Ö.Karaca vurğulyıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını ermənilərdən geri aldı: “Biz də öz media quruluşlarımız vasitəsilə Azərbaycanın qələbəsini və haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırdıq, dünyanın dörd bir tərəfində bu məsələni gündəmdə saxladıq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş