"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" klubları arasında keçiriləcək dostluq oyununun biletləri satışa çıxarılır. AYNA.AZ xəbər verir ki, bu barədə Tovuz klubunun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, qarşılaşmanın biletləri bu gün - sentyabrın 22-si saat 11:00-dan etibarən “Birbilet.az” platformasında satışda olacaq.
Qeyd edək ki, yoldaşlıq görüşü oktyabrın 3-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.