Tramp: "Mənim təcili zəngim var"
ABŞ Prezidenti Donald Tramp təcili telefon zənginə görə mətbuat konfransını yarımçıq kəsib.
AYNA bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.
“Mənim təcili zəngim var. Mən qayıdacağam, sabah görüşərik”, - Tramp jurnalistlərə deyib.
O, təcili zəngin nə ilə bağlı olduğunu açıqlamayıb.