Tramp: “Sabah axşam vacib olacaq”

Dünya

03.03.2025 - 23:59

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ liderinin bu sözlərinin Ukraynaya, yoxsa ABŞ-ın daxili siyasətinə aid olduğu bəlli deyil

ABŞ Prezidenti Donald Tramp Ukraynanın bir parça torpağını Rusiyaya vermədiyi üçün özünü tərifləyib. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ lideri özünün “Truth Social” şəbəkəsində yazıb.

“Putinin Rusiyasına Ukrayna torpağından bir parça belə verməyən yeganə prezident Donald Trampdır. Zəif və təsirsiz demokratlar tənqid edəndə və saxta xəbər mediası onların dediklərini sevinclə yayanda bunu xatırlayın!", - Tramp yazıb.

Tramp bunun ardınca başqa bir qısa mesaj yazıb: “Sabah axşam vacib olacaq. Olduğu kimi deyəcəm!”.

Bununla belə, ikinci yazının Ukraynaya, yoxsa ABŞ-ın daxili siyasətinə aid olduğu bəlli deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş