Prezident yaxın vaxtlarda bu vəzifəyə yeni namizədi elan edəcək
ABŞ Prezidenti Donald Tramp Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) rəhbəri vəzifəsinə milyarder Jared İsaakmanın namizədliyini geri götürdüyünü açıqlayıb.
AYNA.AZ xəbər verir ki, bu barədə Prezident “Truth” sosial şəbəkəsində yazıb.
"Mən Jared İsaakmanın NASA-nın rəhbəri vəzifəsinə namizədliyini geri götürürəm", - Tramp qeyd edib.
Prezident yaxın vaxtlarda bu vəzifəyə yeni namizədi elan edəcəyini deyib.
İsaakmanın namizədliyini geri götürməsini şərh edən media onun demokratların tanınmış nümayəndələri ilə əlaqədə olduğunu və onların fəaliyyətinə ianə verdiyini qeyd edib.