Tramp administrasiyası MKİ işçilərini ixtisar etməyi planlaşdırır

Dünya

03.05.2025 - 14:12

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ-ın böyük kəşfiyyat agentliklərində əhəmiyyətli kadr ixtisarı aparılacaq

ABŞ Prezidenti Donald Trampın administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) və ABŞ-ın digər böyük kəşfiyyat agentliklərində əhəmiyyətli kadr ixtisarını planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

“Administrasiya bu yaxınlarda “Capitol Hill”dəki qanunvericilərə məlumat verib ki, bir neçə il ərzində Mərkəzi Kəşfiyyat İdarəsini təxminən 1200 nəfər və ABŞ kəşfiyyat agentliklərinin digər hissələrindən, o cümlədən Milli Təhlükəsizlik Agentliyindən minlərlə işçini ixtisar etmək niyyətindədir”, - nəşr yazıb.

Qeyd olunub ki, ixtisarlar bir neçə il ərzində baş verəcək; birbaşa ixtisar gözlənilmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş