“Biz Qrenlandiyanın ABŞ dövlətinin olması üçün hər şeyi edəcəyik”
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Qrenlandiyaya təkcə regional deyil, həm də beynəlxalq təhlükəsizliyi təmin etmək üçün lazımdır. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının saytında yayımlanan Konqresdəki çıxışı zamanı bildirib.
“Qrenlandiya sakinləri, sizin daha çox pulunuz və azadlığınız olacaq. Biz Qrenlandiyanın ABŞ dövlətinin olması üçün hər şeyi edəcəyik”, - Prezident qeyd edib.