Tramp ABŞ-da sursat çatışmazlığı ilə bağlı xəbərləri təkzib edib

Dünya

06.08.2026 - 13:51

“Sursat lazım olduqda böyük miqdarda istehsal olunur və ABŞ-a çatdırılır”

Vaşinqtonda sursat çatışmazlığı olduğu iddia edilən media xəbərləri fonunda ABŞ Prezidenti Donald Tramp ölkənin böyük ehtiyatlara malik olduğunu bildirib. AYNA.AZ xəbər verir ki, siyasətçi bunu sosial media platforması “TruthSocial”da yazıb.

Amerika liderinin sözlərinə görə, “sursat lazım olduqda böyük miqdarda istehsal olunur və ABŞ-a çatdırılır”.

Dövlət başçısı əlavə edib ki, bu cür "məlumat sızdırmalarını" yayanları uzunmüddətli həbs cəzası gözləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş