Terrorçular tərəfindən Türkiyəyə iki raket atılıb

Dünya

19.03.2021 - 10:41

Həkimlər Klinikalar SEO Xidməti

YPG/PKK tərəfindən atılan raketlər Kilisdə boş əraziyə düşüb

 

Suriyanın YPG/PKK terrorçularının nəzarətində olan Tel Rıfat bölgəsindən Türkiyə ərazisinə iki raket atılıb. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, raketlər Türkiyənin Kilis vilayətində boş əraziyə düşüb.

 

Raketlərin zərərsizləşdirilməsi üçün bölgəyə mütəxəssislər və çox sayda polis əməkdaşı cəlb olunub. Şəhər rəhbərliyi və Milli Müdafiə Nazirliyinin əməkdaşları hadisə yerində araşdırma aparıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş