Təhlükəli hidrometeoroloji hadisə barədə xəbərdarlıq edildi

Xəbərlər

10.11.2021 - 14:29

Həkimlər Klinikalar SEO Xidməti

Bu gün axşamdan sabah gündüzədək bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu gözlənilən təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq yayıb.

Hidrometeoroloji Proqnozlar Bürosundan AYNA-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi 18-23 metr/saniyə, arabir 27-32 metr/saniyə, 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən noyabrın 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir.

Rayonlarda bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 metr/saniyə, arabir 25-30 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 33-38 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu noyabrın 11-də ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş