Təcili tibbi yardım şöbələrində monitorinqlər keçirilir

Xəbərlər

13.08.2021 - 14:41

Həkimlər Klinikalar SEO Xidməti

Mütəxəssislər tərəfindən tibb müəssisələrinin əməkdaşları üçün təlimlər keçirilib

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərən təcili tibbi yardım şöbələrində regionlar üzrə aparılan monitorinqlər davam etdirilir.

 

TƏBİB-dən AYNA-ya verilən məlumata görə, monitorinqlərin aparılmasında məqsəd təcili tibbi yardım şöbələrinin struktur və fəaliyyətlərini standartlara uyğunlaşdırmaqdır.

 

Məlumata əsasən, TƏBİB-in aidiyyəti departamentlərinin əməkdaşlarından ibarət qrup tərəfindən Füzuli, Yevlax, Bərdə, Ağdam, Ağcabədi, Mingəçevir və Tərtər rayon xəstəxanalarında yoxlamalar aparılıb. Yoxlamalar zamanı müvafiq sənədlərə uyğun aparılmış dəyərləndirmələr əsasında təcili tibbi yardım xidmətinin təşkilinə dair real vəziyyət haqqında ümumi hesabat hazırlanıb.

 

Qeyd edək ki, təşkil olunmuş monitorinqlər zamanı mütəxəssislər tərəfindən tibb müəssisələrinin əməkdaşları üçün təlimlər keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş