Tank bölmələrimizin döyüş hazırlığı məşğələləri başlayıb - <font color=red> VİDEO</font>

Xəbərlər

08.04.2021 - 16:58

Məşğələlər 2021-ci il üçün hazırlıq planına uyğun olaraq keçirilir

 

2021-ci il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən xəbərə görə, tank heyətləri nəzəri bilikləri mənimsədikdən və təhlükəsizlik qaydalarını öyrəndikdən sonra taktiki, atəş hazırlığı və döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayıblar.

 

 

Müəllif: Ayna.az