“Taliban” hökumətdə islahatlar aparılacağını vəd etdi

Dünya

21.10.2021 - 13:58

Həkimlər Klinikalar SEO Xidməti

Hərəkat hökumətlərinin tanınmasından imtinaya əsas olmadığını düşünür

Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatı hökumətlərinin beynəlxalq ictimaiyyət tərəfindən tanınmamasının səbəblərini anlamadığını, xarici dövlətlərin hökuməti tanımaqdan imtina üçün heç bir əsas olmadığını açıqlayıb.

AYNA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində “Taliban”ın siyasi ofisinin nümayəndəsi Məhəmməd Naim Vardak bildirib.

Hərəkat üzvünün sözlərinə görə, “Taliban” artıq Əfqanıstan hökumətinin tanınması üçün bütün şərtləri yerinə yetirib: “Hökumətimizin tanınmaması ilə bağlı səsləndirilən səbəblər qeyri-realdır. “Taliban” ümumi problemləri həll etmək üçün bütün ölkələrlə qarşılıqlı əlaqə qurmağa çalışır”.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Əfqanıstanla bağlı keçirilən “Moskva formatı” konfransı çərçivəsində “Taliban” nümayəndə heyəti ilə görüşüb. Lavrov görüşdə qeyd edib ki, “Taliban”ın tanınması üçün ən vacib şərtlərdən biri olan inklüziv hökumətin Əfqanıstandakı müxtəlif quruplardan ibarət olması lazımdır. Söhbət Əfqanıstandakı etnik qruplardan və siyasi qüvvələrdən gedir.

Xatırladaq ki, oktyabrın 20-də Rusiya paytaxtında "President Hotel"də baş tutan "Moskva formatı” danışıqlarından sonra “Taliban” nümayəndələri islahatlar aparacaqlarını vəd ediblər. Onlar Əfqanıstan hökumətində yeni dəyişikliklər olacağının elanını veriblər.

“İslahatlar aparılacaq, hökumətdə yeni dəyişikliklər olacaq”, - deyə “Taliban” nümayəndələrindən biri söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş