Rəhmon ölkədə COVID-19-a yoluxma hadisəsinin olmadığını deyib
Tacikistan Prezidenti Emoməli Rəhmon respublikada koronavirus (COVID-19) üzərində tam qələbə qazanıldığını elan edib. Bu barədə AYNA Rusiya mediasına istinadən bildirir.
Prezidentin sözlərinə görə, hazırda ölkədə COVID-19-a yoluxma hadisəsi yoxdur və xəstəliyin törədicisi tamamilə məhv edilib.
Bununla yanaşı, Prezident vətəndaşları, xüsusilə dindar kəsimi məscidlərə gedərkən sanitar qaydalara əməl etməyə çağırıb.
Son məlumatlara görə, pandemiyanın başlanğıcından bəri Tacikistanda 13 min 308 nəfər koronavirusa yoluxub, 90 nəfər virusun qurbanına çevrilib. Tacikistanda ötən ilin dekabrın 30-dan etibarən COVID-19-a yoluxma qeydə alınmayıb.