Şuşaya alternativ mənbədən içməli su xətti çəkilir

Xəbərlər

07.12.2020 - 15:28

“Yeni mənbə Zarıslı kəndinin yaxınlığında yerləşir”

 

İşğaldan azad olunan Şuşa şəhərinə ikinci (alternativ) mənbədən içməli su kəməri çəkilir. AYNA “Report”-a istinadən bildirir ki, bu barədə “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

 

“Yeni mənbə Zarıslı kəndinin yaxınlığında yerləşir, bu həftə oradan içməli su Şuşaya çatacaq”, - deyə o qeyd edib.

 

Xatırladaq ki, səhmdar cəmiyyəti Şuşaya içməli suyun verilməsinə noyabrın 25-də başlayıb.

Müəllif: Ayna.az