“Suriya səfiri Rusiya Federasiyasından sığınacaq istəyib”,
Suriyanın Moskvadakı səfiri Bəşşar Cəfəri Rusiyadan sığınacaq istəyib.
AYNA.AZ xəbər verir ki, bu barədə, TASS mənbəsinə istinadən məlumat yayıb.
“Suriya səfiri Rusiya Federasiyasından sığınacaq istəyib”, – mənbə qeyd edib.
Qeyd edək ki, Cəfərinin Dəməşqə geri çağırılması və Suriyanın Rusiyadakı diplomatik missiyasının rəhbərinin dəyişdirilməsi ilə bağlı məlumatlandırıldığı məlum olub.