Suraxanının bəzi ərazilərində işıq olmayacaq

Xəbərlər

03.10.2026 - 10:11

Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 3-də Suraxanı rayonunda 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.

“Azərişıq” ASC-dən AYNA.AZ-a bildirilib ki, təmir işləri ilə əlaqədar Hövsan qəsəbəsinin Kondisioner bağları yaşayış massivində saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazidə yaşayan abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş