Starmer Trampla Ukrayna məsələsini müzakirə edib

Dünya

31.03.2025 - 15:22

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir və Prezident Kremlə təzyiq göstərmək üçün əlavə addımlar barədə razılığa gəliblər

Böyük Britaniyanın Baş naziri Keir Starmer və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib və Kremlə təzyiq göstərməyə davam etmək barədə razılığa gəliblər.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Britaniyanın Baş nazirinin ofisindən bildirilib.

Qeyd olunub ki, Ukrayna məsələsinin müzakirəsi zamanı “Baş nazir Parisdə istəklilər koalisiyasının toplantısında məhsuldar müzakirələr barədə Prezident Trampa məlumat verib”.

"Liderlər Rusiya Prezidenti Vladimir Putinə qarşı kollektiv təzyiqin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər", - ofisdən bildirilib.

Tərəflər həmçinin müvafiq komandaları arasında "Böyük Britaniya-ABŞ iqtisadi rifah sazişi" üzrə danışıqları müzakirə edərək, "bu həftə eyni tempdə davam edəcəklərini" qəbul ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş