Sovet İttifaqının sonuncu vətəndaşı tapılıb

Maraqlı

15.03.2026 - 23:55

Özbək qadın 30 ildən çox Sovet İttifaqı pasportu ilə yaşayıb

Sovet İttifaqının sonuncu vətəndaşı Özbəkistanda tapılıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Sputnik Belarus” Asiya ölkəsinin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Xəbər 1992-ci ildə evləndikdən sonra yaşayış yerini dəyişdirən, lakin şəxsiyyətini təsdiq edən sənədini dəyişdirməyən 53 yaşlı Səmərqənd vilayəti sakini ilə bağlıdır. Nəticədə, o 30 ildən çox mövcud olmayan bir ölkəyə məxsus pasportla yaşayıb.

Özbəkistan Ədliyyə Nazirliyi vurğulayıb ki, "vəziyyət müəyyən edildikdən sonra rayon ədliyyə şöbələri miqrasiya və vətəndaşlıq şöbəsi ilə birlikdə lazımi tədbirləri görüb".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş