Şirvanda bıçaqlanma olub

Hadisə

06.07.2020 - 02:03

Həkimlər Klinikalar SEO Xidməti

28 yaşlı şəhər sakini bıçaqlanıb

 

Şirvan şəhərində bıçaqlanma olub. AYNA APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1992-ci il təvəllüdlü Cəfərov Hikmət Həsənağa oğlu qarın nahiyəsindən bıçaq yarası, başından isə küt alət zərbəsi ilə Şirvan Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

 

Bildirilir ki, həmin şəxsə xəsarətlər yaşadığı yataqxanada münaqişə zamanı yetirilib. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş