Cənubi Koreya ordusunun komandanlığı məlumat yayıb
Şimali Koreya ordusu ölkənin şərq istiqamətində, Yapon dənizinə doğru raket atıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya ordusunun komandanlığı məlumat yayıb.
Hadisə ilə bağlı əlavə məlumat verməyib.
Qeyd edək ki, təxminən iki həftə əvvəl Şimali Koreya Yapon dənizinə doğru iki qısamənzilli ballistik raket sınaqdan keçirib.