Sərhəd pozucusu saxlanılıb - FOTO

Xəbərlər

08.06.2026 - 13:59

Azərbaycan sərhədini pozmağa cəhd göstərən Nigeriya vətəndaşı saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən AYNA.AZ-a verilən xəbərə görə, DSX Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya Federativ Respublikası vətəndaşı - 1995-ci il təvəllüdlü Olabıyı Kazeem Adısa saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Sərhəd pozucusu saxlanılıb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş