Sanksiyalara məruz qalan İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb

Dünya

21.09.2026 - 14:50

Aviaşirkətlər Gürcüstana son uçuşlarını sentyabrın 20-də həyata keçiriblər

ABŞ sanksiyalarına məruz qalan İran aviaşirkətləri bu gündən etibarən Gürcüstana uçuşları dayandırıblar. AYNA.AZ xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Aviaşirkətlər Gürcüstana son uçuşlarını sentyabrın 20-də həyata keçiriblər və Gürcüstan aviasiya bazarındakı əməliyyatları sentyabrın 21-dən etibarən məhdudlaşdırılıb.

Qeyd edək ki, 8 sentyabrda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sanksiya siyahısına 27 İran aviaşirkətini əlavə edib. Bunlara İran və Gürcüstan arasında uçuşlar həyata keçirən aviasiya şirkətləri daxildir. ABŞ-ın bu qərarından sonra Gürcüstan Mülki Aviasiya Agentliyi sanksiya rejiminin tam tətbiq olunacağını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş