Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi genişləndirilib

Xəbərlər

12.12.2020 - 18:14

Azərbaycan Prezidenti fərman imzalayıb 

 

“Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib.

 

AYNA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

 

Fərmanla Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi 4 nəfərə çatdırılıb, həmçinin sədrin müavinlərinin sayı da bir nəfər artırılıb.

 

Qeyd edək ki, bu fərmanadək Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi üç nəfərdən - Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin iki müavinindən ibarət idi.

Müəllif: Ayna.az