Sabah yağış kəsiləcək

Xəbərlər

29.09.2026 - 19:50

Sentyabrın 30-u və oktyabrın 1-i gündüz saatlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək

Bu gecə Bakının və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Sabah səhər isə yağıntılar kəsiləcək. Oktyabrın 1-də əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 22-26 dərəcə isti olacağı gözlənilir. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki,  bölgələrdə bu gecə bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimalı var.

Sentyabrın 30-u və oktyabrın 1-i gündüz saatlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Havanın maksimal temperaturu Aran rayonlarında 25-29, dağlıq ərazilərdə 10-15 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş