Rusiya nümayəndə heyəti Səudiyyə Ərəbistanını tərk edib

Dünya

18.02.2025 - 21:06

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya və ABŞ nümayəndələri 4,5 saat ərzində ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər

Rusiya nümayəndə heyəti ABŞ nümayəndələri ilə danışıqlardan sonra Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan ayrılıb. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Rusiya və ABŞ nümayəndələri 4,5 saat ərzində ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, danışıqlar zamanı 15 dəqiqəlik fasilə elan edilib, bundan sonra tərəflər gündəliyin müzakirəsinə qayıdıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş