Rusiya Əfqanıstandakı vəziyyətdən narahatdır

Dünya

29.07.2021 - 16:15

Dmitri Peskov: “Bu təhlükə fonunda mütləq tərəfdaşlarımızın yanında olmağa hazırıq”

 

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Əfqanıstandakı vəziyyətlə bağlı Rusiyanın mövqeyini açıqlayıb. Bu barədə AYNA “RİA Novosti”yə istinadən bildirir.

 

“Həm Xarici İşlər Nazirliyindən, həm də Müdafiə Nazirliyindən dəfələrlə Əfqanıstanda baş verənlərdən dərin narahatlığımız olduğuna dair açıqlamalar eşitmisiniz. Bu təhlükə fonunda mütləq tərəfdaşlarımızın yanında olmağa hazırıq”, - deyə V.Putinin sözçüsü qeyd edib.

 

Peskov əlavə edib ki, hazırda Rusiya-Tacikistan-Özbəkistan birgə təlimləri keçirilsə də, Rusiyanın bu ölkələrin sərhədlərinə hərbi kontingent cəlb etmək planı yoxdur.

 

Müəllif: Ayna.az