Rusiya dəmir yolu hissələrinin bərpası təklifinə İrəvanın cavabını gözləyir

Dünya

03.10.2026 - 21:31

“Moskva bu hissələrin bərpasını dəstəkləyir və nəqliyyat əlaqələrinin saxlanılmasında Ermənistana kömək etməyə hazırdır”

Moskva Yerasxdan Naxçıvan sərhədinə və Gümrüdən Türkiyə sərhədinə qədər dəmir yolu hissələrinin birgə bərpası təklifinə Ermənistanın cavabını gözləyir. AYNA.AZ "İnterfaks" agentliyinə istinadən bildirir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Overçukun sözlərinə görə, “Moskva bu hissələrin bərpasını dəstəkləyir və nəqliyyat əlaqələrinin saxlanılmasında Ermənistana kömək etməyə hazırdır”.

"Bu qərarlar yanvar ayında liderlər səviyyəsində qəbul edilib və biz burada Ermənistan tərəfinin necə cavab verəcəyini gözləyirik", - deyə o bildirib və əlavə edib ki, müzakirəni irəli aparmaq üçün tezliklə görüşlər gözlənilir.

Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxış edən Paşinyan həmkarlarına regional kommunikasiyaların açılmasının təfərrüatları barədə məhdud formatda məlumat verdiyini və Ermənistan dəmir yollarının səmərəliliyini artıracaq qərarlara ümid etdiyini bildirib.

Qeyd edək ki, Ermənistanın dəmir yolu infrastrukturu Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolunun konsessiya idarəçiliyindədir.

Sərhəd hissələrinin bərpası ilə bağlı müzakirələr zamanı Baş nazir Nikol Paşinyan konsessiya idarəçiliyinin həm İrəvan, həm də Moskva üçün əlverişli olan üçüncü ölkəyə verilməsini nəzərdən keçirməyi təklif edib. O, mümkün variantlar kimi Qazaxıstan, BƏƏ və Qətəri qeyd edib.

Fevral ayında Paşinyan bölgədə iki rəqabətli dəmir yolu marşrutunun olduğunu bildirmişdi - Yerasx-Axurik marşrutu və Türkiyə və Azərbaycan tərəfindən təşviq edilən Qars-Diluca marşrutu.

O, iddia edirdi ki, bu hissənin Rusiyanın nəzarəti altında olması faktı Qars-Diluca marşrutunu daha sərfəli kimi təqdim etmək üçün istifadə olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş