Qubada karantini pozan çayxana aşkar edilib

Xəbərlər

23.11.2020 - 14:02

Həkimlər Klinikalar SEO Xidməti

Qaydanı pozan obyekt sahibi və müştəriləri barəsində cərimə protokolları tərtib olunub

 

Qubada xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Möhüc kəndi ərazisində yerləşən çayxananın mövcud karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.

 

Obyektə baxış zamanı orada olan 7 müştərinin və obyekt sahibi Rüstəm İsayevin sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib.

 

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş