Qurultaya seçkilərdə deputat mandatları uğrunda 7 siyasi partiya mübarizə aparır
Qazaxıstanda birpalatalı parlamentə - Qurultaya növbədənkənar seçkilər keçirilir. AYNA.AZ qazax mediasına istinadən bildirir ki, ölkə üzrə ümumilikdə 10 423 seçki məntəqəsi fəaliyyətə başlayıb.
Onlardan 79-u 61 xarici dövlətdəki Qazaxıstan nümayəndəliklərinin nəzdində yaradılıb. Səsvermə səhər saat 07:00-da başlayıb və saat 20:00-dək davam edəcək.
Seçkilərdə 12 605 788 seçicinin səs verməsi gözlənilir. Qurultaya seçkilərdə deputat mandatları uğrunda 7 siyasi partiya mübarizə aparır: “Ədalət”, “Aul”, “Baytak”, “Ak Jol”, Ümumrespublika Sosial-Demokrat Partiyası (OSDP), Xalq Partiyası (NPK) və “Respublika”.
Qurultaya seçkiləri 42 xarici dövlətdən və 13 beynəlxalq təşkilatdan 777 beynəlxalq müşahidəçi izləyəcək. Müşahidəçilər arasında 41 ölkənin parlamentinin 138 deputatı da var.