Qasparyan Köçəryanın seçki blokuna qoşuldu

Dünya

18.05.2021 - 12:49

Həkimlər Klinikalar SEO Xidməti

Baş Qərargahın keçmiş rəisi blokunun Tavuş regional bölməsində əsas idarəçilərdən biridir

 

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi Onik Qasparyan keçmiş Prezident Robert Köçəryanın seçki qərargahında təmsil olunur.

 

AYNA erməni mediasına istinadən bildirir ki, Qasparyan Köçəryanın “Hayastan” seçki blokunun Tavuş regional bölməsində əsas idarəçilərdən biridir.

 

Xatırladaq ki, Qasparyan Baş nazir Nikol Paşinyanı istefaya çağıran bəyanat vermişdi. Bundan sonra o, vəzifəsindən azad edildi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş