Qaradağın icra başçısı kollektivə təqdim edilib

Xəbərlər

30.09.2026 - 10:11

Zeynal Nağdəliyev ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb

Qaradağ Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı kollektivə təqdim edilib.

AYNA.AZ xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Oruc oğlu Əliyev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Natiq Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.

Qaradağın icra başçısı kollektivə təqdim edilib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş