Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ikinci görüşə dəvət edilib

Xəbərlər

13.03.2023 - 11:32

Prezident Adminstrasiyası görüşün Bakıda keçirilməsini təklif edib

Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.

AYNA xəbər verir ki, görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Müəllif: Ayna.az