Qara dənizdə Rusiya gəmisi batıb

Dünya

17.01.2021 - 15:31

Gəminin heyətinin iki üzvünün cəsədi tapılıb

 

Qara dənizin Türkiyə hissəsində, Bartın bölgəsindəki İnkumu sahillərinə yaxın ərazidə batan “Arvin” adlı yük gəmisinin Rusiyanın dövlət bayrağı altında üzdüyü məlum olub.

 

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda Bartın limanındakı gəmilər və Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) heyəti axtarış-xilasetmə işlərini davam etdirir.

 

Gəmidəki 15 nəfərlik ekipajın üzvlərindən ikisinin cəsədi tapılıb, üç nəfər isə xilas edilib.

 

İlkin məlumata görə, gəminin batmasına əlverişsiz hava şəraiti səbəb olub.

Müəllif: Ayna.az