Putin: "Rusiya kiməsə hücum etməyə hazırlaşmır"

Dünya

02.10.2026 - 10:47

"Rusiyaya birbaşa hücum ediləcəyi təqdirdə ölkənin sərəncamında olan bütün silahlardan istifadə məsələsi qaçılmaz olaraq gündəmə gələcək"

"Qərb ölkələrinin Baltik dənizində keçirdiyi hərbi təlimlər və Rusiya gəmilərini saxlamaq cəhdləri eskalasiyaya səbəb olur". AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” forumunda çıxışı zamanı deyib.

Putinin sözlərinə görə, "Rusiyaya birbaşa hücum ediləcəyi təqdirdə ölkənin sərəncamında olan bütün silahlardan istifadə məsələsi qaçılmaz olaraq gündəmə gələcək". 

Rusiya Prezidenti vurğulayıb ki, Rusiya Xarici İşlər Nazirliyinin Kalininqrad vilayətinin müdafiəsi ilə bağlı məktubunda nüvə silahlarından istifadə barədə konkret söhbət getmir.

Onun sözlərinə görə, sənəddə Rusiyanın sərəncamında olan bütün vasitələrdən istifadə imkanından bəhs olunur.

Putin həmçinin Rusiyanın başqa ölkələrə hücum etmək niyyətində olmadığını bildirib. O qeyd edib ki, Rusiya “nə 2029-cu ildə, nə 2030-cu ildə, nə də 2050-ci ildə” heç kimə hücum etməyə hazırlaşmır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş