Diplomatlar etimadnamələrini İlham Əliyevə təqdim ediblər
Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edib. AYNA xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Bununla yanaşı, Azərbaycan Prezidenti Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edib.