Polşalı jurnalist Dağlıq Qarabağa səfər edib

Siyasət

14.08.2020 - 11:56

Repetoviç işğal olunmuş ərazilərimizdə film çəkib

 

Polşalı jurnalist Vitold Repetoviç Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. AYNA erməni mətbuatına istinadən bildirir ki, jurnalist iyulun 29-dan avqustun 7-dək Ermənistanda olub.

 

O həmin ərəfədə Dağlıq Qarabağa gedib, orada film çəkib. Repetoviç Polşanın “Defance24.pl”, “TVP” və “Pulaski” Fondunun Siyasi və Analitik Mərkəzi ilə əməkdaşlıq edir.

 

Repetoviçin avqustun 8-də “Defence.pl”-da Qarabağa səfəri barədə geniş məqaləsi və videomaterialları yayımlanıb.

 

Qeyd edək ki, Azərbaycandan icazəsiz işğal olunmuş Dağlıq Qarabağa əcnəbi jurnalistlər zaman-zaman səfər edirlər. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) isə həmin şəxsləri arzuolunmaz şəxs olaraq “qara siyahı”ya salır.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş