“Moskva bu məqsədlə İran rəhbərliyi ilə mövcud dialoq kanalından istifadə etmək niyyətindədir”
“Vladimir Putin Yaxın Şərqdə gərginliyi azaltmaq üçün hər cür səy göstərir”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü jurnalistlərin dünən dövlət başçısının telefon danışıqları ilə bağlı suallarını cavablandırarkən vurğulayıb ki, Putin gərginliyin ən azı bir qədər azaldılmasına kömək etmək üçün əlindən gələni edir.
Peskovun sözlərinə görə, “İran infrastrukturuna zərbələrlə bağlı narahatlıqlarını Tehrana çatdırmaq demək olar ki, Putinin bütün həmsöhbətləri ilə bir gün əvvəl müzakirə edilib”.
“Moskva bu məqsədlə İran rəhbərliyi ilə mövcud dialoq kanalından istifadə etmək niyyətindədir”, - deyə vurğulayıb.