Peskov: “İlin sonuna qədər Rusiya ordusuna 300 min nəfərin çağırılması planlaşdırılmır”

Dünya

19.09.2026 - 16:03

“Rusiya hakimiyyəti 2026-cı ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq niyyətində deyil”

“Rusiya hakimiyyəti 2026-cı ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq niyyətində deyil”. AYNA.AZ xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov RTVI-yə verdiyi şərhdə deyib.

Peskov 300 min nəfərin orduya çağırılması niyyəti barədə məlumatları təkzib edib. Kremlin sözçüsü Qərb mediasının xəbərlərini şərh edərkən vurğulayıb: "Xeyr. Belə bir plan yoxdur".

“Bloomberg” əvvəllər Rusiyada hazırlanan "gizli səfərbərlik" barədə məlumat dərc etmişdi. Məqalədə deyilirdi ki, "parlament seçkilərindən sonra hakimiyyət 2026-cı ilin sonuna qədər 300 min nəfəri orduya çağırmağı planlaşdırır".

Kremlin sözçüsü bu cür şayiələri “Kiyev hakimiyyətinin qəsdən təbliğatı” kimi rədd edib.

“Vzqlyad" qəzeti yazıb ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də ehtiyatda olan hərbçilərin orduya çağırılması ehtimalını rədd edib.

Hava Hücumundan Müdafiə Qüvvələri Veteranları Assosiasiyasının Koordinasiya Şurasının həmsədri Dmitri Afanasyev bu cür xəbərlərin tez-tez yayılmasını “düşmənin ictimai narahatlığı artırmaq cəhdləri” ilə əlaqələndirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş