Pentaqon Ukraynaya yeni yardım paketini açıqlayıb

Dünya

26.09.2024 - 13:07

Həkimlər Klinikalar SEO Xidməti

Yeni paket 375 milyon dollar təşkil edəcək

ABŞ Müdafiə Nazirliyi Ukraynaya 375 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb. Paketin məzmununu özündə əks etdirən press-reliz Pentaqonun rəsmi saytında dərc edilib.

Sənədə əsasən, Kiyev HIMARS MLRS üçün döyüş sursatları, 105 mm və 155 mm çaplı artilleriya mərmiləri, “Javelin” insan daşına bilən tank əleyhinə raket kompleksləri, AT-4 tank əleyhinə qumbaraatanlar, zirehli və minadan qorunan qurğularla təmin ediləcək. Patrul katerləri, özüyeriyən körpü sistemləri, o cümlədən silahlar, sursatlar, əvvəllər ötürülən silahlar üçün ehtiyat hissələri də paketə daxildir.

Yeni hərbi yardım paketində ayrıca bir maddə adı açıqlanmayan “havadan yerə döyüş sursatı”dır.

“Reuters” agentliyinin məlumatına görə, söhbət yüksək dəqiqlikli “AGM-154 Joint Standoff Weapon” (JSOW) sürüşmə bombalarından gedir.

Adı açıqlanmayan mənbələr agentliyə deyiblər ki, bu, Ukrayna üçün belə silahların ilk çatdırılmasıdır. JSOW-lar 130 km-ə qədər məsafədəki hədəfləri vura bilir və onlar artıq Ukraynada məhdud sayda olan F-16 qırıcılarından buraxıla bilər.

İsrailli hərbi ekspert Yiqal Levin Pentaqonun press-relizindəki ənənəvi son sətirlərin dəyişdirildiyinə diqqət çəkib. Əgər ABŞ Müdafiə Nazirliyi əvvəllər Kiyevin müttəfiqləri ilə “döyüş meydanında Ukraynanın təcili ehtiyaclarını ödəmək və Rusiyanın təcavüzündən müdafiə etmək” üçün işlədiyini yazırdısa, 25 sentyabr tarixli sənəddə söhbət “müharibədə qalib gəlməsi üçün Ukraynaya lazımi dəstəyin verilməsindən gedir”.

Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş