“Bu torpaq necə bizim ola bilərdi? Zəhmət olmasa, izah edin, necə bizim idi?”
“Deyirlər ki, torpaq itirmişik. Bu torpaq necə bizim ola bilərdi? Zəhmət olmasa, izah edin, necə bizim idi?”.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan seçki kampaniyası çərçivəsində Kornidzor kəndində ictimaiyyət nümayəndələri ilə görüşdə deyib.
Paşinyan belə davam edib: “Mən ölüləri təhqir etmək istəmirəm. Lap tutaq ki, həmin ərazilər bir neçə generalın nəzarəti altında olub. Amma onlar harada buğda əkiblər? Biz orada mətbəə, uşaq bağçası, fabrik tikdikmi? Orada yaşayış məntəqəmiz var idimi? Qarabağ bizim deyildi”.